Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun aparıcı futbolçusu Mauro Perkoviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oynaya bilməyəcək.

"Unikal" xəbər verir ki, 21 yaşlı müdafiəçi zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşlərdə forma geyinməyəcək. Dizi bağları qopan oyunçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. Ağdam klubu "Dinamo"ya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə ayın 28-də Bakıda keçirəcək. Zaqrebdəki görüş Bakı vaxtı ilə saat 23:00-da, evdəki oyun isə saat 20:45-də başlayacaq.