"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili karyerasını "Liverpul"da davam etdirəcək.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb

Tərəflər artıq transferlə bağlı razılıq əldə ediblər. "Mersisaydlılar" bu keçidə görə 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, ötən mövsüm Giorgi Mamardaşvili "Valensiya"nın heyətində 37 oyun keçirib, 41 qol buraxıb.