Azərbaycan çempionatının Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Səbail-2” oyununun nəticəsi ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Belə addım atılmasına səbəb “Səbail-2” komandasının limiti pozmasıdır. Buna görə “Səbail-2”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda “Səbail-2” 400 manat cərimə edilib.
Qeyd edək ki, “Zirə-2” bu matçda 3:0 hesabı ilə qalib gəlmişdi.