İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 40 mini, yaralıların sayı isə 92 min 401-i keçib.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, son 24 saat ərzində ümumilikdə 40 fələstinli həlak olub, 107 fələstinli isə yaralanıb. Qeyd edək ki,  İsrail-HƏMAS arasında müharibə 314 gündür ki, davam edir. 

Gülayə Mecid