UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.

Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.

Qeyd edək ki, İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.