Transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı müdafiəçi Alan Diasla 1+2 illik müqavilə imzalayıb.

25 yaşlı müdafiəçi komandada 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.