Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

"Unikal"ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Ramin Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

22:12

XXX

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Bəhrəmbəy kəndində qeydə alınıb.

1981-ci il təvəllüdlü A.Süleymanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə dərhal yardım göstərilib.

İddia edilir ki, A.Süleymanovu qonşusu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov