ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin satışını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tipli 600-ə qədər raketin, habelə müvafiq avadanlıq, təlim proqramları və ehtiyat hissələrinin alışına dair istəklə çıxış edib.