Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu "Real Madrid"in 26 yaşlı mərkəz müdafiəçisi Eder Militaonun transferi üçün kral klubuna 100 milyon avro təklif edib.

"Unikal" championat.com-a istinadən xəbər verir ki, ispan klubu artıq bu təklifdən imtina etmək qərarına gəlib.

Militaonun zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmasına baxmayaraq, Madrid klubu onu müdafiənin əsas oyunçusu hesab edir.

Braziliyalı futbolçu 2019-cu ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 156 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.