Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçi Luis Kastro ilə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə yerli "Əlyaum" nəşri məlumat yayıb.
62 yaşlı mütəxəsssislə müqaviləyə xitam verildiyi bildirilib. Buna səbəb Kriştiano Ronaldonun da çıxış etdiyi komandanın Superkubokun final matçında “Əl-Hilal”a 1:4 hesabı ilə məğlub olmasıdır.
Qeyd edək ki, Luis Kastro ötən ilin yayında “Əl-Nəsr”in baş məşqçisi təyin olunmuşdu.