Uzun illər "Mançester Yunayted " formasını geyinən Fil Cons futbolçu karyerasını bitirməyə qərar verib.
"Unikal" xəbər verir ki, 32 yaşlı müdafiəçi bu barədə qərarını "BBC Sport"-a açıqlayıb.
Xəbərə görə, o, baş məşqçi olmaq arzusundadır. Fil Cons artıq UEFA "A" lisenziyası da alıb.
Qeyd edək ki, 2011-2023-cü illər arasında "qırmızı şeytanlar"ın formasını geyinən Fil Cons ümumilikdə 6 kubok qazanıb. Karyerasında 288 oyuna çıxan Cons 6 qol vurub, 9 qol ötürməsi verib.