“Real” İspaniya La Liqasına heç-heçə ilə başlayıb.
"Unikal" xəbər verir ki, Karlo Ançelottinin yetirmələri “Malyorka” ilə sülhə imza atıb.
Madrid klubu 20 dəfə mövsümə bərabərliklə start verib. “Real” yalnız 5 dəfə sonda çempion olub.
Bu, 1931/32, 1985/86, 1988/89, 1996/97 və 2006/07 mövsümlərində yaşanıb. Əgər mövsümün sonunda çempionluğu “Real” bayram etsə, bu, 6-cı belə hadisə olacaq.
Qeyd edək ki, “Malyorka” ilə görüş 1:1 hesabı ilə başa çatıb.