“Turan Tovuz” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.
Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.
Qərblilər cari mövsümün ilk üç turunda qol buraxmayıblar. Bu, son 4 mövsümdə ilk belə seriyadır. Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. “Keşlə” adlanan klub üçün 2020/2021-ci illər mövsümünün startı uğurlu alınıb.