Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək “Qarabağ” klubu Xorvatiyaya yola düşüb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.