"Fənərbağça"nın futbolçusu Migel Krespo "Başakşəhər"ə keçib.

Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Başakşəhər"in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Fənərbağça" Migel Kresponu 2021-ci ilin yayında Portuqaliyanın "Eştoril" klubundan transfer etmişdi. 27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Rayo Valyekano"da keçirib.