"Noyabrda Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP 29) sessiyası Azərbaycan üçün olduqca önəmlidir".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş tədbirdə "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda tədbirdə çıxışı zamanı deyib:
"Noyabrda Bakı dünyanın diqqət mərkəzində olacaq. Türkiyə də bu tədbirdə geniş heyətlə yüksək səviyyədə iştirak edəcək. Türkiyə COP-29-u nazirliklər, media, bələdiyyələr, vətəndaş cəmiyyətləri yaxından izləyəcəklər. Türkiyə artıq növbəti COP-31-in keçirilməsi üçün öz namizədliyini irəli sürüb. Ölkəmiz də bu sahədə həyata keçirilən işlərdə öz töhfəsini verməyəi hədəfləyir".