Avqustun 20-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatinin başçılıq etdiyi nümayəndə heyəti Lənkərana rayonuna səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərivəsində ATƏT-in müşahidə missiyasının rəhbəri Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb.
Lənkəran ŞİH başçısı sentyabrın 1-i növbədənkənar parlament seçkiləri ilə bağlı rayonda seçki prosesinə hazırlıqla bağlı ATƏT-in seçki müşahidə missiyasının üzvlərinə məlumat verib. Bildirilib ki, şəhər İcra hakimiyyəti tərəfindən 132 məntəqə üzrə deputatlığa namizədlərə seçicilərlə görüş keçirməsi üçün ödənişsiz qaydada 93 açıq və 56 qapalı yer təsis edilib, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün lazımi şərait yaradılıb.
ATƏT-in seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati yerli icra hakimiyyətinin təmsil etdiyi qurumun müşahidə missiyası ilə səmərəli əməkdaşlığına görə təşəkkür edib və seçki prosesi ilə bağlı görülən işləri yüksək qiymətləndirdiyini ifadə edib.
Daha sonra müşahidə missiyasını maraqlandıran suallar cavablandırılıb.