Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərə görə məhkum olunmuş Amil Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 14 ədəd patron və 1 ədəd patron darağı aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.