Ötən gün ölkə ərazisində çəkisi 51,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,4 kiloqrama yaxın heroin, 47,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin 50 ədəd metadon həbi olub.