İlk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.

Universitetdən "Unikal"a bildirilib ki, tələbələrdən 980-ni I-IV ixtisas qrupları (o cümlədən birinci qrup üzrə 290, ikinci qrup üzrə 330, üçüncü qrup üzrə 330, dördüncü qrup üzrə 30 tələbə) üzrə, 124 nəfəri xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupu üzrə qəbul olub.

Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.