Hizbullah da İsrailin hücumuna qarşı raket atmağa başlayıb. 

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, raketlərin İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyi bildirilib.

Qeyd edək ki, İsrail mediası Livandan İsrailə doğru 200 raket atıldığını bildirib. 

Fidan Nuriyeva

***06:24
İsrail Hizbullahın genişmiqyaslı hücumlarının qarşısını almaq üçün Livana hücuma keçdiyini açıqlayıb.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi sosial media hesabından açıqlama edib. 

Qeyd edək ki, ordu Livan sakinlərini "dərhal" ərazini tərk etməyə çağırıb.

Hazırda İsrailin şimalında həyəcan siqnalı səslənir.

Fidan Nuriyeva