Beyin və sinir sisteminin normal fəaliyyətinin təmin edilməsində çox mühüm rolu olan B12 vitamininin çatışmazlığının nələrə səbəb ola biləcəyi araşdırılıb.
"Unikal" B12 çatışmazlığının ən çox rast gəlinən əlamətləri bunlardır:
B12 vitamininin heyvan mənşəli qidalarda daha çox olduğu bildirilib. Qırmızı ət, toyuq kimi zülalla zəngin qidalar, qızılbalıq, sardina və tuna kimi dəniz məhsulları, süd məhsulları və yumurta B12-nin əsas qaynağı hesab olunur.
Beyin funksiyaları pozulur:
B12 vitamininin çatışmazlığı beyin funksiyalarına birbaşa mənfi təsir göstərir. Beyin dumanı, yaddaş problemləri, şüurun pozulması, yuxusuzluq, baş ağrıları (xüsusilə miqren), davranış dəyişiklikləri və öyrənmə problemləri B 12-nin çatışmazlığından xəbər verir.
Əhvalınıza mənfi təsir edir:
Əsəbilik, depressiya, narahatlıq, halüsinasiyalar kimi əhval dəyişiklikləri baş verir.
Struktur problemləri:
Yorğunluq, qan azlığı, qan hüceyrələrinin sayının azalması, qarında şikayətlər, inkişaf geriliyi, kilo itkisi, ishal, dil iltihabı, ağızda və ətrafında iltihab, sidik yollarının infeksiyaları B12 çatışmazlığından qaynaqlanan problemlərdir.
Sensor problemlərinə səbəb olur:
Sancaqlar və iynələr, uyuşma hissi, neyropatik ağrı, tinnitus, dadın pozulması kimi şikayətlər də bu vitaminin çatışmazlığından yaranan problemlərdir.
Əzələlər zəifləyir:
B12 çatışmazlığı əzələ zəifliyinə də səbəb olur. Əzələlər həddindən artıq yığılır, sərtləşir və qeyri-iradi spazmlar yaranır. Ürək əzələsi xəstəlikləri baş verir.
Avtonom sistemlər zədələnir:
Sidik və ya nəcis saxlaya bilməmək, qəfil ayağa qalxdıqda təzyiqin aşağı düşməsi və ya başgicəllənmə bu vitaminin çatışmazlığından yaranan sağlamlıq problemləridir.
Zərifə Nağıyeva