Üç ali təhsil müəssisəsində qəbul üçün orta keçid balı 600-dən yuxarı olub.

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, həmin ali təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Bakı Ali Neft Məktəbi olub.