Uzun saatlarla kompüter qarşısında işləmək boyun sağlamlığınızı təhlükə altına sala bilər. "Texniki boyun" olaraq bilinən bu vəziyyət boyun və çiyinlərdə ciddi ağrılara səbəb olaraq həyat keyfiyyətinə mənfi təsir göstərir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Texniki boyun" "Tech neck" telefon, planşet və kompüter kimi texnoloji elektron cihazlardan istifadə edərkən boyun əzələlərinin davamlı olaraq gərginləşməsi nəticəsində yaranan xroniki boyun ağrılarını ifadə etmək üçün istifadə edilən bir termindir.
Fiziki olaraq başımız ağırdır və boyun əzələlərimiz onu dik saxlamaq üçün nəzərdə tutulub. Kompüterdə işləyərkən və ya telefona baxarkən başınızı aşağı əymək boyun əzələlərini gərginləşdirir. Bu vəziyyət boynunuzda ağrı və ya sərtlik hiss edə bilər və duruş problemlərinə səbəb ola bilər.
"Texniki boyun" boyun əzələlərini uzadar və sinə əzələlərini qısalda bilər, bu da boynunuza daha çox təzyiq göstərən və çiyinlərinizi aşağı salan əyri bir duruşa səbəb olur. Onurğaya təzyiq də sinirləri sıxaraq boyun, bel ağrısına və əllərdə uyuşma yarada bilər.
"Texniki boyun"un qarşısını necə almaq olar?
Bu vəziyyətin qarşısını almaq üçün telefonunuzun, kompüterinizin və ya planşetinizin qarşısında olarkən duruşunuza diqqət yetirin. Telefonunuzu göz səviyyəsində saxlayın ki, aşağı baxıb boynunuzu əymək məcburiyyətində qalmayasınız.
Gülayə Mecid