"Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı narazılıq artıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, son günlərdə bir neçə vətəndaş "Azəriqaz"ı məhkəməyə verib.
Belə ki, Atakişiyev Əbülfət Niyaz oğlu Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbi ilə "Azəriqaz"la bağlı Şəmkir Rayon Məhkəməsinə şikayət edib. İşə hakim Həvayət Məhəmmədinin sədrliyi ilə baxılacaq.
Lənkəran rayon sakini Musayev Famil Əlihüseyn oğlu da eyni tələblə məhkəməyə müraciət edib. İşə Lənkəran Rayon Məhkəməsində hakim Anar Pənahovun sədrliyi ilə baxılacaq.
Bundan başqa, Samux rayon sakini Mərdanov Nərman Firuddin oğlu da "Azəriqaz"ı məhkəməyə verib. İşə Samux Rayon Məhkəməsində Gündüz Şirinovun sədrliyi ilə baxılacaq.
Seymur Əli