Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının sabiq böyük mütəxəssisi Mahmudova Nigar Seydi qızı Agentliyi məhkəməyə verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, N.Mahmudova işdən çıxarılmasını qanunsuz hesab edir. İşə bərpa edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Mahmudova həmçinin əmək haqqı tələbini də irəli sürüb.

İşə hakim Fuad Babayevin sədrliyi ilə baxılacaq. 

Murad İbrahimli