"Telegram"ın qurucusu Pavel Durovun həbs olunmazdan əvvəl görüşdüyü sonuncu şəxs Hüseyn Həsənov olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "SHOT" teleqram kanalı məlumat yayıb.
"O, Azərbaycanda bloqer Hüseyn Həsənov və 24 yaşlı bloqer Yuliya Vavilova ilə Xəzər dənizinin sahilində yerləşən Bakının məşhur "SHORE HOUSE BAKU" restoranında səhər yeməyi yeyib. Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Fransaya uçublar", - kanal aydınlaşdırıb.
Qeyd edək ki, Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb.
Gülayə Mecid