Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin baş katibi Antonio Quterreş arasında Tonqada görüş baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Tərəflər Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışdıqlarını vurğulayıblar.