Rusiya Energetika Nazirliyinin kömür sənayesi departamentinin direktoru Pyotr Bobylev Moskvanın mərkəzində kuryerə şampan şüşəsi atdıqdan sonra saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, hadisə bir gün əvvəl Frunzenskaya sahilində baş verib: "Kuryer kəllə-beyin travması alıb və tibbi yardıma ehtiyacı olub. Bobylevə qarşı istintaqdan əvvəl yoxlama aparılır. Onun sərxoş olub-olmadığı da yoxlanılır".
Bobylev 2010-cu ildən Energetika Nazirliyində çalışır. 2021-ci ildən bir il nazir müavini vəzifəsində çalışıb, sonra öz istəyi ilə bu vəzifədən istefa verib.
Ağarza Elçinoğlu