Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Pyotr Vrublevski Rusiyada qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, Moskva ümumi yurisdiksiya məhkəmələrinin məlumatına əsasən, keçmiş səfir nifrət və ya düşmənçiliyin salınması maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilinib.
2022-ci ildə qazaxıstanlı bloggerə müsahibəsində Vrublevski ukraynalıların mümkün qədər çox rusu öldürməyə çalışdıqlarını, çünki "uşaqlarımız gələcəkdə daha az öldürməli olacaqlar" deyə açıqlama vermişdi. Daha sonra Qazaxıstan Xarici İşlər Nazirliyi bu açıqlamalarına görə ona etiraz edib, səfir üzr istəyib və tezliklə ölkəni tərk edib. Bu ilin martında Moskva məhkəməsi Vrublevskini qiyabi həbs edib və o, beynəlxalq axtarışa verilib.