Rusiya BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması ilə bağlı quruma müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Teleqram kanalında bildirib. O, Rusiya Federasiyasının avqustun 30-da Kiyevə Qərb silahlarının tədarükü ilə bağlı dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı sorğu göndərdiyini deyib.
“Biz... avqustun 30-da Nyu-York vaxtı ilə saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Kiyev rejiminə Qərb silahlarının tədarükü ilə bağlı görüşü xahiş etmişik”, - o yazıb.
Onun sözlərinə görə, görüş zamanı Ukrayna böhranının Qərb üçün əlverişsiz olan digər aspektlərinə toxunulacaq.