Hazırda Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfrans keçirilir.
"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak edir.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.