Amerikalı sahibkar İlon Mask "Telegram"ın qurucusu Pavel Durovun Fransada həbsindən sonra Avropaya getməməlidir.
"Unikal" xəbər verir ki, bu fikri Britaniya parlamentinin keçmiş üzvü, Britaniya Fəhlə Partiyasının rəhbəri Corc Qallovey deyib.
"Durovla baş verənlərdən sonra mən İlon Maska hətta sentyabrda mənimlə Dublində planlaşdırılan görüş üçün də Avropaya getməməyi tövsiyə edirəm", - siyasətçi qeyd edib.
Onun fikrincə, "Telegram"ın təsisçisinin həbsi Qərbin narazılığı aradan qaldırmaq planının bir hissəsidir.