Dövlət Gömrük Komitəsi (DGK) Bakıda aksiz markası ilə markalanmayan 100 minə yaxın siqaret aşkar edib.
Bu barədə “Unikal" quruma istinadən xəbər verir.
Məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 9 adda 95 600 ədəd siqaret aşkar edilib.