Fransa hakimiyyəti Mark Zukerberqi də saxlamalıdır, çünki onun yaratdığı "Facebook"da "Telegram" messencerinin yaradıcısı Pavel Durovun ittiham olunduğu hadisələrə oxşar hadisələr baş verir.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Xatırladaq ki, Durov avqustun 24-də Fransanın Le Burje hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, Durova qarşı uşaq pornoqrafiyasının saxlanması və yayılması ilə bağlı cinayətlərdə iştirak, narkotik vasitələrin qanunsuz dövriyyəsi və dələduzluq da daxil olmaqla 12 maddə üzrə cinayət araşdırılır. Hələlik rəsmi olaraq ona qarşı heç bir ittiham irəli sürülməyib. Fransa prezidenti Emmanuel Makron Durovun həbsinin “heç bir halda siyasi qərar olmadığını” deyib.