Türkiyənin Qaziantep şəhərində cinayət hadisəsi qeydə alınıb.
"Unikal" xəbər verir ki, şəhərin Bayındır səmtində dükan sahibi 10 yaşlı uşağı ov tüfəngi ilə vurub. Buna səbəb azyaşlının məhəllədə çox "səs-küy" salması olub. Hadisə nəticəsində azyaşlı oğlan həyatını itirib, kişi işə ərazidən qaçıb.
Onun axtarışları davam edir.
Seymur Əli