İsrail Müdafiə Qüvvələri avqustun 28-də İordan çayının qərb sahilinin bəzi şimal bölgələrində antiterror əməliyyatına başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
İsrailin xarici işlər naziri İsrael Katsın sözlərinə görə, İDF İranın terror infrastrukturu ilə mübarizə üçün Cenin və Tulkarma ərazilərində əməliyyat keçirir.
O, əlavə edib ki, İran terrorçuları silahlandırmaqla və qabaqcıl silahları İordaniya vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirməklə terror cəbhəsi yaratmağa çalışır.
Gülayə Mecid