Avropa İttifaqı (Aİ) qüvvələrinin illik təlimlərində iştirak etməli olan Bosniya və Herseqovina (BH) Silahlı Qüvvələrinin (AF) hərbi helikopteri Buturoviç Polye kəndi yaxınlığında qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan hərbi helikopter gölə düşüb. 

Yerli polis nümayəndəsi Ljudevit Mariçin bildirib ki,  gölə düşən helikopterdən dörd ekipaj üzvü xilas edilib.