CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğluna qarşı iddia qaldırılıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddianı MHP-nin sədr müavinləri İzzet Ülvi Yönter, Fəthi Yıldız və İsmayıl Faruk Aksu qaldırıb.
Qeyd edək ki, iddia ilk dəfə 2022-ci ilin fevral ayında qaldırılsa da Kılıçdaroğlunun o vaxt deputat toxunulmazlığı olduğu üçün onun barəsində heç bir tədbir görülməyib.
Toxunulmazlıq götürüldükdən sonra isə Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamə qəbul edilib.
Xatırladaq ki, Kılıçdaroğlu üçün 2 il yarımdan 3 il yarıma qədər həbs və siyasi qadağa istənib.
Fidan Nuriyeva