"Rusiya qoşunları şərqdə irəliləməyə davam edir, Ukrayna hərbçilərinin Pokrovski Cəbhəsinə yerləşdirmək üçün çoxlu əlavə qoşunları yoxdur, çoxlu ehtiyat briqadalar hazırda Kursk əməliyyatında iştirak edir".

"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalının (ABŞ)  analitiki David Axe yazıb. 

"Pokrovski ələ keçirməklə Rusiya Ukraynanın bütün şərq cəbhə xətti boyunca müdafiəsini zəiflədə bilər – bu, Rusiyanın daha geniş hücumu üçün kritik ilkin şərtdir ki, bu da Donetsk bölgəsinin tam işğalına gətirib çıxara bilər. Ukrayna Silahlı Qüvvələri Kursk bölgəsini işğal edəndə çoxları maraqlanırdı ki, niyə bu qoşunlar əvəzinə Pokrovski gücləndirmirlər. Və əsas izahatlardan biri budur ki, işğal rus qoşunlarını şərqdən yayındırmalı, Pokrovska təzyiqi yumşaltmalı idi. Bu mənada Kurskun işğalı təxribatçı bir manevr ola bilərdi. Ukraynanın Kursk bölgəsindəki təxribat manevri uğursuz oldu",- analitik qeyd edib. 

Onun sözlərinə görə,  Kursk bölgəsindəki hücum bəzi Rusiya qüvvələrinin Donetskdən köçürülməsinə səbəb ola bilmədi, əksinə bölgədə Ukrayna qüvvələrinin çatışmazlığını daha da pisləşdirdi.

Gülayə Mecid