Telegram-ın yaradıcısı Pavel Durovu Parisə səfəri zamanı müşayiət edən sevgilisi Yuliya Vavilova İsrailin Mossad kəşfiyyat xidmətinin agenti ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri yazıb.
Məlumata görə, Vavilova Durovu Qərb kəşfiyyat xidmətlərinin tələsinə salıb.
Qəzet iddia edib ki, Fransa xüsusi xidmət orqanları həm də Durovun 24 yaşlı köməkçisi olan Vavilovanın "İnstagram" bloqunda yerləşdirdiyi fotoların geolokasiyasını təhlil edib.
Türkiyə mətbuatının məlumatına görə, Durov İsrailin tələbi ilə həbs edilib, çünki "Telegram" sahibi onların Qəzzada keçirilən hərbi əməliyyatlarla bağlı məlumatların bloklanması tələbini rədd edib.
Seymur Əli