Yeni razılaşmaya əsasən, Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan açıqlayıb. 

Onun sözlərinə görə, onlar sənəd üzərində ətraflı işləyəcək, ictimai müzakirələr təşkil olunacaq. 

Konstitusiya İslahatları Komissiyasının növbəti iclası isə sentyabrın 5-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanın konstitusiyasında Qarabağla bağlı iddiaların olduğunu əsas gətirərək, onun sülh üçün ciddi maneə olduğunu açıqlayıb və konstitusiyanın dəyişdirilməsini tələb edib. 

Ağarza Elçinoğlu