Almaniyada qocalar evində insanabənzər robotlar işləməyə başlayıb.
"Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, qocalar evində çalışan könüllülər tərəfindən uzaqdan idarə olunan robotlar tibb bacıları və baxıcıların məşğul olduğu müddətdə yaşlıların tək qalmasının qarşısını alır.
İnsanların hərəkətlərini tam olaraq təqlid edən bu robotlar təkərləri sayəsində hərəkət edə bilir. İstifadəçilərin üzü və səsi də robota ötürülür.
Tibb bacıları və baxıcılar robotlar sayəsində işlərinin asanlaşdığını bildiriblər.
Robotun imkanları hələlik bunlarla məhdudlaşsa da, mühəndislər sistemin günü-gündən təkmilləşdirdiklərini bildiriblər.
Zərifə Nağıyeva