İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reyd zamanı məscidlərdən birində əldəqayırma partlayıcı qurğuların istehsalı üçün gizli laboratoriya aşkar ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "X"də İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Aviçai Edri bildirib.
Onun sözlərinə görə, laboratoriya Əl-Fərəh düşərgəsində keçirilən reyd zamanı Əbu Bəkr əs-Siddiq məscidində tapılıb. Orada istifadəsi və hətta hərəkəti üçün son dərəcə qeyri-sabit olan maddələr aşkar edilib və istehkamçılar onları yerindəcə məhv ediblər.
Gülayə Mecid