İraqın hava hücumundan müdafiə sistemləri Kərkük üzərində Türk PUA-sını vurub.
"Unikal" xəbər verir ki, PUA-nın Türkiyənin "AKSUNGUR" olduğu iddia edilib.
Polis pilotsuz təyyarənin hansı ölkəyə aid olduğunu müəyyən etmək üçün araşdırma aparıldığını bildirib.
Adının açıqlanmasını istəməyən İraq ordusunun polkovniki təyyarənin qalıqlarından əldə edilən ilk tapıntıların PUA-nın Türkiyəyə məxsus silahlı pilotsuz uçuş vasitəsi olduğunu göstərdiyini bildirib.
PUA-nın bəzi evlərdə yanğına səbəb olduğu, lakin yanğının nəzarət altına alındığı və hər hansı can itkisi və ya xəsarət alanın olmadığı qeyd olunub.
Zərifə Nağıyeva