Batumidə tərk edilmiş Çaça qülləsi sökülməyə başlanıb.
"Unikal" xəbər verir ki, Mixail Saakaşvilinin dövründə tikilmiş qüllənin yerində yaşıl, abadlaşdırılmış park alacaq.
Çaça 2012-ci ildə Saakaşvilinin prezidentliyi dövründə 300 min dollara tikilib və şəhərin vizit kartı kimi nəzərdə tutulub.
Qüllə Batuminin tarixi mərkəzində yerləşir. Onun hündürlüyü 25 metrdir. İçərisində həftədə bir dəfə çaçanın axdığı bir fəvvarə var. Məkan 10 ildir ki, tərk edilmiş vəziyyətdədir.
Onun sökülməsi ilə bağlı qərarın verildiyi barədə məlumat avqustun əvvəlində yayılıb.