"Neftçi" futbolçusu Lukas Melano ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, argentinalı oyunçu ilə müqavilə şərtləri qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Melano "Neftçi"nin heyətində 12 rəsmi oyun keçirib.