Ottava Moskva ilə bütün əlaqəni praktiki olaraq dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı səfirliyi məlumat yayıb.
"Kanada, Rusiyanın suveren fondlarını müsadirə etmək üçün aktiv hərəkətlər fonunda, yalnız diplomatik əlaqələri buraxaraq, əksər ikitərəfli əlaqələri kəsmək qərarına gəllib",- məlumatda qeyd olunub.
Rusiya səfirliyi qeyd edib ki, bu, rusofob əhval-ruhiyyə və hakim təbəqənin bir hissəsinin yenidən seçilməsindən asılı olan radikal elementləri razı salmaq istəyi ilə baş verib. Bu, xalqlar arasında onilliklər boyu mövcud olan əlaqələri məhv edib.
2014-cü ildə Ukrayna hadisələrindən sonra Kanada Rusiya ilə qarşılıqlı əlaqəni xeyli azaldıb. 2020-ci ilə qədər 19 sanksiya paketi tətbiq edilib, hərbi əlaqələr kəsilib, 1995-ci ildə yaradılmış Hökumətlərarası İqtisadi Komissiyanın işi dayandırılıb.
Gülayə Mecid