ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya ilə anlaşmağın yaxşı olduğunu deyib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Tramp əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden “ağlını itirib”. O, Putini çox yaxşı tanıdığını bildirib və münasibətlərini yaxşı adlandırıb.
Qeyd edək ki, Tramp ABŞ-ın hazırkı prezidenti Co Bayden və keçmiş prezident Barak Obamanı Moskva ilə Pekin arasında maraqların toqquşmasına nail olmaqda ittiham edib.
Fidan Nuriyeva