İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus qüvvələr ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvünü saxlayıb.

"Unikal" xəbər verir ki, bunu “Mehr” agentliyi məlumat yayıb. 

SEPAH bildirib ki, həbs Rask vilayətinin Pişin rayonunda həyata keçirilib.  Məlumata görə, saxlanılan yaraqlı bundan əvvəl də Pişində Bəsic Könüllü Qüvvələrinin qərargahına və polis bölməsinə silahlı hücumda iştirak edib.  

"Ceyş əl-Ədl" qərargahı Pakistanda yerləşən və İrana qarşı çoxsaylı terror aktlarında iştirak edən məşhur terror qruplaşmasıdır. Ən son hücum aprel ayında, qrup üzvlərinin vilayətdə həyata keçirdiyi hücumda ən azı beş polis əməkdaşının öldürüldüyü vaxt baş verib. 

Gülayə Mecid